Mudrikin rus sevgilisi ukraynalılara müraciət etdi

Mudrikin rus sevgilisi ukraynalılara müraciət etdi

Ukrayna millisinin və London “Çelsi”sinin yarımmüdafiəçisi Mixail Mudrikin sevgilisi olan rusiyalı model Violetta Qraçova ukraynalılara müraciət ünvanlayıb.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edib:    “Ukraynalılar, mən sizi sevirəm. Mənə nifrət etməyi və profilimə spam göndərməyi dayandırın. Mən dünyada sülhün tərəfdarıyam”.

Xatırladaq ki, Mudrik bu ilin yanvarında “Çelsi”yə keçib. 22 yaşlı ukraynalı "zadəganlar"la 2031-ci ilə qədər uzunmüddətli müqavilə imzalayıb.

Mixail İngiltərə Premyer Liqasının cari mövsümündə 11 oyun keçirib və bu görüşlərdə 2 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər