Mübariz Mənsimov İlham Əliyevə məktub yazdı

Mübariz Mənsimov İlham Əliyevə məktub yazdı
"Xəzər Lənkəran"ın sahibi, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Fanat.Az məktubun mətnini təqdim edir:
"Möhtərəm cənab Prezident.
Çoxsaylı kollektivimizin hər bir üzvünün adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxt və firavan həyat diləyirəm.
Fürsətdən istifadə edərək dövlətimizin hərtərəfli dayanıqlı inkişafı, beynəlxalq aləmdə Azərbaycanın yüksək nüfuzunun təmin edilməsi və xalqımızın tərəqqisi naminə gördüyünüz əvəzsiz işlərə görə Sizə minnətdarlığımı bildirir, ali vəzifədə həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə yeni nailiyyətlər arzulayıram”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər