Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər qrupunun sahibi və “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov qardaş ölkədə azəri yeməklərindən danışıb. Fanat.az xəbər verir ki, iş adamı özünün rəsmi “Facebook” səhifəsində yeməklərlə bağlı status paylaşıb.
Mənsimov statusunda milli yeməklər haqda yazıb: “Mənim evimdə aşpaz lənkəranlıdır. Azərbaycan yeməklərinə, milli mətbəximizə üstünlük verirəm. Ancaq Azərbaycan yeməkləri yeyirik”.
İdman24.az