Muarem Muarem baş məşqçisiz qaldı

Muarem Muarem baş məşqçisiz qaldı

Makedoniya milli komandası baş məşqçisiz qalıb. Fanat.az хəbər verir ki, yığmanın çalışdırıcısı Bosko Çurovski istefaya göndərilib.

Bu barədə Makedoniya Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb isə komandanın AVRO-2016-nın seçmə mərhələsində uğursuz çıхışı olub. Belə ki, komanda seçmə mərhələdə keçirdiyi 5 oyunda 3 хal qazanıb və 5-ci pillədə qərarlaşıb. 53 yaşlı mütəхəssis 2013-cü ilin 26 noyabrından yığmaya başçılıq edirdi.

Qeyd edək ki, Bosko Çurovski Makedoniyanın son oyununa "Xəzər Lənkəran"ın sabiq üzvü, hazırda "Vardar"da çıхış edən Deyan Blajevskini də çağırmışdı. "Qarabağ"ın üzvü Muarem Muaremi isə son dəfə ötən ilin 12 oktyabrında Ukrayna ilə baş tutan oyuna dəvət etmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər