Çempionlar Liqasının 1/8 finalında “Kopenhagen”lə oyunda “Mançester Siti”nin lideri Kevin de Bröyne 1 qol vurub.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, belçikalı 2019-2020 mövsümündən bəri Çempionlar Liqasının pley-off mərhələsində vurduğu qolların sayını 12-yə çatdırıb.
Mənbənin hesablamasına görə, beləliklə o, bu mərhələdə ən azı on qol vuran dördüncü oyunçu olub. Yalnız Robert Levandovski, Erlinq Holand (hər biri 13) və Kərim Benzema (17) daha yüksək nəticə göstəriblər.
Ancaq de Bröynenin Çempionlar Liqasında vurduğu qolların 80 faizi pley-off mərhələsində vurulub (15 qoldan 12-si) - bu, turnirdə 5 və daha çox qol vuran oyunçular arasında ən yüksək faizdir.