"Mançester Siti" klubu "Etihad" stadionunun tutumunu artırmaq üçün hakimiyyətdən icazə alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Hazırda 55 min tamaşaçı sığan arenanın tutumu yenidənqurmadan sonra 60 minə çatdırılacaq.
Bundan başqa, stadionun yanında şəhər meydanı tikiləcək, burada ticarət zonası və 400 yerlik otel olacaq.
Bütün işlərin dəyəri ən azı 340 milyon avro olacaq.
Mirağa