Misli Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının mətbuat xidməti yayıb.
I turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlayacaq.
Misli Premyer Liqası
I dövrə, I tur
15 avqust (cümə)
17:00. “Karvan-Yevlax” – “Qəbələ” Şamaxı şəhər stadionu
16 avqust (şənbə)
17:00. “İmişli” – “Turan Tovuz” Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı” “Neftçi Arena”
17 avqust (bazar)
18:30. “Sabah” – “Qarabağ” “Bank Respublika Arena”
20:30. “Sumqayıt” – “Kəpəz” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18 avqust (bazar ertəsi)
20:00. “Zirə” – “Araz-Naxçıvan” Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, “İmişli” klubu Quba Olimpiya İdman Kompleksinin stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.