Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

"Real Madrid"ə baş məşqçi təyin olunduğu hələ rəsmən açıqlanmayan Joze Mourinyunun İspaniyanın paytaxtına nə vaxt gələcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkələrdə jurnalist Ramon Alvares de Mon yayıb.

Məlumata görə, portuqaliyalı mütəxəssis bu gün Madriddə olacaq. Mənbə sözügedən çalışdırıcının ictimaiyyətə sabah təqdim olunacağını bildirib.

Mourinyu daha öncə 2010-2013-cü illər aralığında da "Real"ı çalışdırıb. İspaniya nəhəngi onun rəhbərliyi altında La Liqanın, İspaniya Kubokunun və İspaniya Superkubokunun qalibi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər