Türkiyə Super Liqasının son turu çərçivəsində "Fənərbağça"nın "Antalyaspor"la oyunu zamanı portuqaliyalı baş məşqçi Joze Mourinyu maraqlı addımı ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, o, hakim səhvini göstərmək üçün laptopunu oyunu yayımlayan kameranın qarşısına qoyub.
Mourinyu görüşdən sonra mətbuat konfransında davranışını belə izah edib:
"Mənə yaxşı VAR hakimləri lazımdır. Onların hansı ölkədən olmasının fərqi yoxdur - Türkiyədən və ya başqa yerdən. Əsas odur ki, onlar hakimlərə düzgün qərarlar verməyə kömək edə bilsinlər. Dzekonun epizodunda analitikim mənə şəkil göstərdi. Sol cinahda oyundankənar vəziyyət olmadığı aydın görünürdü. Həmin epizodun şəklini göstərən noutbuku kameranın qarşısına qoydum və hakim mənə sarı vərəqə göstərməyə qərar verdi”.
Qeyd edək ki, "Fənərbağça" "Antalyaspor"a 2:0 hesabı ilə qalib gələrək, Super Liqanın turnir cədvəlində ikinci pillədə möhkəmlənib. Mirağa