Mourinyu Quardiola ilə arasında baş verənlərə aydınlıq gətirdi: "Sevinmək üçün tələsməyin" - VİDEO

Mourinyu Quardiola ilə arasında baş verənlərə aydınlıq gətirdi: "Sevinmək üçün tələsməyin" - VİDEO
"İnter"in sabiq baş məşqçisi Joze Mourinyu 2009-10 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində "Barselona" ilə oynanılan matçda Pep Quardiola ilə arasında baş verənlərə aydınlıq gətirib.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Mourinyu Quardiolaya erkən sevinməməyi məsləhət gördüyünü bildirib:
"Tyaqo Motta qırmızı vərəqə aldıqdan sonra "Barselona"nın əvəzedicilər skamyasındakı futbolçular mərhələ adlamış kimi sevinməyə başladılar. Quardiola azlıqda qalmış komandamıza qarşı oyun planını müzakirə etmək üçün İbrahimoviçi yanına çağırdı. Mən də ona yaxınlaşdım və dedim: "Sevinmək üçün tələsməyin, oyun hələ bitməyib".
Komandalar arasında İtaliyada oynanılan ilk görüş "İnter"in 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Cavab oyunun əvvəllərində "neradzurri"nin yarımmüdafiəçisi Tyaqo Motta qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Yekunda Mourinyunun komandası məğlub olmasına (0:1) baxmayaraq, mərhələ adlamışdı.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər