Mourinyu PSJ-nin bu iki oyunçusunu istəyir

Mourinyu PSJ-nin bu iki oyunçusunu istəyir

PSJ-nin iki futbolçusu "Roma"nın maraq dairəsindədir. Fanat.Az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Roma klubu yarımmüdafiəçilər Leandro Paredes və Renatu Sançesi heyətinə qatmağa çalışır. Argentinalı futbolçu Türkiyənin “Qalatasaray” klubundan təklif alsa da, İtaliyaya qayıtmağa qarşı deyil. Sançes isə öz növbəsində, 12 milyon avroluq satış qiyməti ilə "Roma"ya icarəyə verilməyə yaxındır. "Roma"nın baş məşqçisi Joze Mourinyu Leandro və Renatonun transferlərinin yaxın günlərdə reallaşacağına ümid edir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər