Mourinyu İspaniya millisini belə təbrik etdi

Mourinyu İspaniya millisini belə təbrik etdi

Tanınmış portuqaliyalı mütəxəssis, hazırda "Fənərbağça"nı çalışdıran Joze Mourinyu Almaniyada təşkil edilən Avropa çempionatının finalında İngiltərəni yenən (2:1) İspaniya millisini təbrik edib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesablarında belə yazıb:

"Kapitan Alvaro Morata Avropa Liqasının, digər kapitan Naço Fernandes Çempionlar Liqasının qalibidir. Onları və onlara hələ akademiayada yeniyetmə olarkən debüt imkanı yaradan məşqçiləri təbrik edirəm. Dani Karvaxal da onlardan biridir.

Həmçinin cənab de la Fuenteni gördüyü möhtəşəm iş münasibəti ilə təbrik edirəm. Yekunda ən yaxşı komanda qalib gəldi".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər