"Mançester Yunayted"dən ayrılan Joze Mourinyonun yenidən "İnter"ə rəhbərlik edə biləcəyi barədə xəbərlər yayılıb.
Fanat.Az xəbər verir ki, artıq Milan klubu iddialara münasibət bildirib. Klubun idman direktoru Pyero Ausillo xəbərləri təkzib edib:
"Mourinyo bu klubun üzərindəki bir kölgə deyil. Lusiano Spalletti ilə 1,5 illik müqaviləmiz var. Onunla yola davam edəcəyik".
Qeyd edək ki, Mourinyo 2008-2010-cu illərdə "İnter"ə başçılıq edib. 55 yaşlı mütəxəssis Milan klubuna A Seriyasını (2 dəfə), ölkə kubokunu (1), İtaliya Super Kubokunu (1) və Çempionlar Liqasını (1) qazandırıb.
Fanat.Az