Mourinyo "Real"ı qarışdırdı: kapitan şərt qoydu

Mourinyo "Real"ı qarışdırdı: kapitan şərt qoydu
"Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyonun yenidən "Real"a dönə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Fanat.Az xəbər verir ki, bu iddialar klubun daxilində narazılıqlarla qarşılanıb.
İngiltərənin "Daily Star" qəzetinin məlumatına görə, portuqaliyalı mütəxəssis baş məşqçi postunda Santyaqo Solarini əvəz edəcəyi halda komandanı ilk tərk edən futbolçu kapitan Serxio Ramos olacaq. Artıq futbolçu bununla bağlı qərarını rəhbərliyin nəzərinə də çatdırıb.
Qeyd edək ki, Ramos klublararası dünya çempionatının finalından əvvəl Mourinyo ilə bağlı suala sərt cavab vermişdi: "Mourinyo bizdən 5 il əvvəl ayrılıb. Amma hələ də onu müzakirə edirik. Burda kubok qazanmaq şansımız olduğu halda hələ də gündəmimizdə o var".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər