Mourinyo: "Həyat yoldaşım Londonu sevir"

Mourinyo: "Həyat yoldaşım Londonu sevir"

"Təxminən bir il əvvəl qərarımı vermişdim. Ailəmizlə İngiltərəyə dönməyi seçmişdik. Çünki dördümüz üçün də (ailə üzvləri) həm ailəvi, həm də peşəkar səbəblərdən ən doğrusu bu idi". Fanat.az xəbər verir ki, bu sözləri Joze Mourinyo deyib.

Yayda "Real"dan ayrılaraq "Çelsi"yə dönən portuqaliyalı mütəxəssis bu qərarı bir il əvvəl verdiyini bildirib. Mourinyo dönüşü ilə bağlı danışıb: "HƏyat yoldaşım Londonu çox sevir. 17 yaşlı qızım universitetə qəbul olunmaq istəyir. İngiltərədəki evimizi satmamışdıq və dəfələrlə mətbuatdan gizli bura gəlib istirahət etmişdik".

Portuqaliyalı məşqçi həm "Real"da, həm də "İnter"də işləyərkən mətbuatın onu çox narahat etdiyini bildirib: "Çox böyük sosial həyatı olan insan deyiləm. Həyatdan çox sadə şeylər istəyirəm. Fəqət Portuqaliya, İtaliya və İspaniyada işləyərkən o bəsit şeyləri əldə edə bilmədim. İstədiklərimizi əldə edə biləcəyimiz Avropadakı tək yer Londondu. Uşaqlarımı gətirmək üçün məktəbə gedə bilirəm. Orda öz uşaqlarını gözləyənlər məni sıradan bir valideyn kimi qəbul edir". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər