Mourinyo “Monako”nu təhqir etdi

Mourinyo “Monako”nu təhqir etdi

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçin London klubuna keçə biləcəyi ilə bağlı xəbəri təkzib edib. Fanat.az xəbər verir ki, Mourinyo Radamel Falkaonun xidmətində maraqlı olduğunu da etiraf edib: 

"Zlatan "Çelsi"də? Bu, real deyil. O, Parisdə xoşbəxtdi. Bu dəqiqdi, çünki İbrahimoviç mənim dostumdu. Biz əlaqə saxlayır, daim ünsiyyətdə oluruq. Bu qapı bizim üçün bağlıdı. PSJ varlıdı, bizim gücümüz onu almağa yetməz. Mənim komandam var, ancaq hücumçum yoxdu. Falkaonun isə komandası yoxdu. Radamel fantastik futbolçudu. O, 3000 azarkeşin qarşısında oynamamalıdı. "Monako" karyeranı bitirmək üçün münasib yerdi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər