Mourinyo ÇL-də oynayacaqlarına əmindi

Mourinyo ÇL-də oynayacaqlarına əmindi

“Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo komandasının Çempionlar Liqasında oynamaq perspektivinə toxunub. Fanat.Az xəbər verir ki, Don Joze belə deyib:

“Şəxsən mən Çempionlar Liqası üçün darıxıram. Bizim qitənin ən nüfuzlu klub turnirinə qatılmaq üçün vaxtımız var. Avropa Liqasında final oynaya, qalib gələ bilərik. Eləcə də yekunda İngiltərə Premyer Liqasında ilk “dördlük”də qərarlaşmaqda qərarlıyıq. Hər ikisi gücümüzlə, səviyyəmizlə uzlaşan hədəflərdi”.

Hazırda MY turnir cədvəlində 6-cı pillədədi. Mourinyonun komandası 41 xal toplayıb.

 

Xatırladaq ki, AL-in 1/16 finalında “qırmızı şeytanlar” “Sent – Etyen”lə üz-üzə gələcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər