Mourinyo İtaliya klubuyla danışıqlara başladı

Mourinyo İtaliya klubuyla danışıqlara başladı

"Mançester Yunayted"dən dekabrda istefaya göndərilən Joze Mourinyo A Seriyasında peyda ola bilər.

 

 

 

Fanat.Az -ın İtaliya mətbuatına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis "İnter"in "sükanı arxası"na keçməyə yaxındı.

 

Bu məqsədlə o, Milana yollanıb. Mütəxəssis "İnter"in baş direktoru Cüzeppe Marotta ilə görüşərək, keçidin detallarını müzakirə edəcək. Klub rəhbərliyi komandanın hazırkı baş məşqçisi Luçano Spallettinin fəaliyyətindən razı deyil və mövsümün sonunda bu çalışdırıcı ilə yolları ayırmağa hazırlaşır.

 

Qeyd edək ki, Luçano Spallettinin "İnter"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər