Mourinyo ilə 5 illik müqavilə!

Mourinyo ilə 5 illik müqavilə!

Lui van Qalla yollarını ayıran "Mançester Yunayted" hər an Joze Mourinyo ilə anlaşdığını ictimaiyyətə açıqlaya bilər. Fanat.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı ilə 5 illik sözləşmənin imzalanması gözlənilir.

Bu barədə məlumatı Britaniya mətbuatı yayıb. Yayılan məlumata görə, Mourinyo hər ili üçün "qırmızı-şeytanlar"dan 15 milyon avro maaş alacaq.

Klub rəhbərliyinin Lui van Qalla ödəyəcəyi təzminat da bəlli olub. Belə ki, hollandiyalı mütəxəssisə sözləşmənin vaxtından əvvəl ləğvinə görə 6,5 milyon avro təzminat ödəyəcək. 

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər