Motta PSJ-nin baş məşqçisi olacaq? - ÖZÜ DEDİ

Motta PSJ-nin baş məşqçisi olacaq? - ÖZÜ DEDİ
PSJ-nin sabiq yarımmüdafiəçisi Tyaqo Motta Paris klubunun baş məşqçisi postuna mümkün təyinatı barədə yayılan informasiyalara reaksiya verib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" Mottanın söylədiklərini belə çatdırıb:
"İnsanların haqqımda xoş sözlər söyləməsi ürəyimcədir. Qürur duyur və özümü xoşbəxt sayıram. Karyeramın böyük hissəsini keçirdiyim komandanın çalışdırıcısı olmaq imkanı ürəyimcədir. Azarkeşlərin inamını doğrultmaq istəyirəm. Hücum futbolunu sevirəm. Məncə, PSJ kimi dinamik komanda hücum futbolu oynaya bilər".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər