Morqan Rocers "zadəganlar"ın radarına düşüb

Morqan Rocers "zadəganlar"ın radarına düşüb

İngiltərə Premyer Liqasında transfer yarışı qızışır.

Fanat.Az xəbər verir ki, "TEAMtalk"ın yaydığı məlumata görə, "Çelsi" klubu "Aston Villa"nın parlayan ulduzu Morqan Rocersi heyətinə qatmaqda olduqca israrlıdır.

23 yaşlı ingiltərəli hücumameylli yarımmüdafiəçinin öz mövqeyində dünyanın ən yaxşılarından birinə çevriləcəyinə inanan "zadəganlar" onun çıxışını yaxından izləyir. Lakin bu transferdə London təmsilçisi tək deyil, "Mançester Yunayted", "Arsenal" və "Mançester Siti" kimi nəhənglər də futbolçunu yaxından təqib edirlər.

"Aston Villa" rəhbərliyi isə gənc istedadını asanlıqla buraxmaq niyyətində deyil və onun satışı üçün 100 milyon funt-sterlinqdən çox məbləğ tələb edəcəyi gözlənilir. Cari mövsümdəki effektiv oyunu ilə diqqət çəkən Rocers, bir çox klubun yay transfer siyahısında ilk sıralarda yer alır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər