"Atletiko Madrid"in hücumçusu Alvaro Morata İtaliya A Seriyasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı hücumçu ilə onun keçmiş klubu "Yuventus"u maraqlanır. “Qoca sinyora” Moratanı mövsümün sonunda transfer etməyə çalışır.
Alvaronun Madrid klubu ilə 2026-cı ilin ortalarına qədər müddətə müqaviləsi var. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Təcrübəli hücumçu İspaniya çempionatının bu mövsümündə 23 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa