UEFA Azərbaycan yığmasının oyununa Fransa ermənisini təyin etdi

UEFA Azərbaycan yığmasının oyununa Fransa ermənisini təyin etdi
UEFA Millətlər Liqasında III turun Monteneqro - Azərbaycan matçının təyinatları açıqlanıb. 
 
Fanat.Az xəbər verir  ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
 
Görüşü İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Rikardo de Burgos Benqoeçeaya yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömək edəcək. 
Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandes yerinə yetirəcək. 
 
Oktyabrın 10-da baş tutacaq qarşılaşmada erməni əsilli fransalı Paskal Qaribyan hakim-inspektor, serbiyalı İqor Radoyiçiç UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər