Monqolustana 13 cüdoçu ilə

Monqolustana 13 cüdoçu ilə

İyunun 23-25-də Azərbaycan komandasının da iştirakı ilə Ulan-Batorda (Monqolustan) "Böyük Dəbilqə" turniri keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarışda 13 cüdoçumuz iştirak edəcək.

 İştirak ərizəsinə kişilərdən Kəramət Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev ( 100 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq), Leyla Əliyeva, Kənul Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyevanın (52 kq) adı daxil edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər