"Monako" baş məşqçi Robert Morenonu istefaya göndərib.
Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, "Monako"nun yeni çalışdırıcısı Niko Kovaç olacaq. Bu dəqiqələrdə tərəflər arasında razılıq əldə olunduğu bildirilir.
Kovaç "Monako" ilə uzunmüddətli müqaviləyə imza atacaq. Xorvat mütəxəssisin son iş yeri "Bavariya" olub.
Robert Moreno ilə dekabr ayında 2022-ci ilə kimi sözləşmə imzalanmışdı.
Qeyd edək ki, "knyazlıq klubu" yarımçıq dayandırılmış Fransa Liqa 1-də 9-cu olub.
Fanat.Az