"Monako"nun yeni baş məşqçisi açıqlandı - RƏSMİ

"Monako"nun yeni baş məşqçisi açıqlandı - RƏSMİ
Fransanın "Monako” klubunun yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa millisinin sabiq üzvü Tyerri Anri knyazlıq klubunun baş məşqçisi təyin edilib. 41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb. O, bu postda Leonardu Jardimi əvəzləyib.
Qeyd edək ki, Anri 1992-1999-cu illərdə "Monako”da çıxış edib. O daha sonra İtaliyanın "Yuventus”, İngiltərənin "Arsenal”, İspaniyanın "Barselona” və ABŞ-ın "Nyu-York Red Bullz” klublarının formasını geyinib. Fransa millisində 123 oyun keçirərək 51 qol vuran veteran futbolçu "DÇ-1998"in, "AVRO-2000"nin və 2003-cü il Konfederasiyalar Kubokunun qalibi olub, "DÇ-2016"nın gümüş medalını qazanıb. 2015-ci ildə "Arsenal”da məşqçiliyə başlayan sabiq forvard Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi vəzifəsində çalışırdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər