“Monako”dan səfərdə çətin qələbə

“Monako”dan səfərdə çətin qələbə

Fransa Liqa 1-də 21-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 6 görüş baş tutub.

“Loryan” evdə “Reyms”ə qalib gəlib. “Havr” doğma meydanda “Renn”ə, “Tuluza” “Nant”a, “Monpelye” Lion “Olimpik”inə, “Nitsa” isə “Monako”ya məğlub olub.

Hazırda 50 xala malik PSJ vahid liderdir. “Nitsa” 39 xalla ikinci, “Monako” 38 xalla üçüncü, “Brest” 37 xalla dördüncü pillədə qərarlaşıb.

Fransa Liqa 1 21-ci tur 9 fevral

Olimpik (Marsel) – Mets 1:1 Qollar: Mumbanya, 56 – Udol, 61.

10 fevral

Lans – Strasburq 3:1 Qollar: Vahi, 16. P.Da Kosta, 30. Sotoka, 58 – Delayne, 43.

PSJ – Lill 3:1 Qollar: Q.Ramos, 10. Alexsandro, 17-öz qapısına. Kolo Muani, 80 – Y.Yazıcı, 6.

11 fevral

Havr – Renn 0:1 Qol: Buriqe, 60.

Klermon – Brest 1:1 Qollar: Kyei, 69 – Melu, 50.

Loryan – Reyms 2:0 Qollar: Bamba, 70. Bakayoko, 87.

Tuluza – Nant 1:2 Qollar: Dallinqa, 90+5 – M.Məhəmməd, 2. Kadevere, 51.

Monpelye – Olimpik (Lion) 1:2 Qollar: Nordin, 23 – Lakasette, 74. Sakere, 82.

Nitsa – Monako 2:3 Qollar: Laborde, 37-pen. Gessan, 74 – Zakariya, 16; 50. Qolovin, 77.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər