“Monako” səfərdə xal itirdi

“Monako” səfərdə xal itirdi

Fransa çempionatında 5-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 6 görüş baş tutub.

“Klermon” evdə “Nant”a, “Reyms” isə “Brest”ə uduzub. Digər qarşılaşmaların hamısı bərabərliklə yekunlaşıb. Xal itirənlər arasında Marsel və Lion “Olimpik”lə, həmçinin “Monako” da var.

Hazırda 11 xalı olan “Monako” vahid liderdir. “Brest” 10 xalla ikinci pillədə qərarlaşıbsa, “Nitsa” ilə Marsel “Olimpik”inin 9 xalı var. PSJ, “Lill” və “Mets” də 8 xal toplayıblar.

Fransa, Liqa 1 5-ci tur 15 sentyabr

PSJ – Nitsa 2:3 Qollar: Mbappe, 29; 87 – Moffi, 21; 69. Laborde, 53.

16 sentyabr

Renn – Lill 2:2 Qollar: Assinyon, 74. Salah, 89 – Yoro, 33. Diakite, 62.

Lans – Mets 0:1 Qol: Asoro, 37.

17 sentyabr

Loryan – Monako 2:2 Qollar: Tosin, 2. Favr, 90+7 – Qolovin, 17. Baloqun, 69.

Klermon – Nant 0:1 Qol: Simon, 48.

Reyms – Brest 1:2 Qollar: Riçardson, 19 – M.Kamara, 50. Melu, 56.

Strasburq – Monpelye 2:2 Qollar: Lekomt, 63-öz qapısına. Motiba, 69 – Xazri, 35. Nordin, 40.

Olimpik (Marsel) – Tuluza 0:0

Olimpik (Lion) – Havr 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər