"Monako" ispan mütəxəssisə tapşırıldı

"Monako" ispan mütəxəssisə tapşırıldı

Artıq "Monako"nu oyunlara yeni baş məşqçi çıxaracaq.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki,"ağ-qırmızılar”ın rəhbərliyi 45 yaşlı Leonardo Jardimlə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub.

Onun yerini ispan Roberto Moreno tutub. Yeni çalışdırıcı ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

2014-cü ildə Jardimə tapşırılan "Monako" onun rəhbərliyi altında bir dəfə Fransa çempionluğunu bayram edib.

Xatırladaq ki, Moreno son olaraq İspaniya millisini çalışdırıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər