"Monako" gənc Avropa çempionunu heyətinə qatdı

"Monako" gənc Avropa çempionunu heyətinə qatdı
Fransanın "Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 
Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi "Köln”dən İsmail Yakobsu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı cinah oyunçusu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Yakobs Almaniyanın U-21 yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.
 
"Monako” yarımmüdafiəçi üçün "Köln”ə 7 milyon avro ödəyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər