"Moldova ilə oyunda millimizdən qələbə gözləyirəm" - Vüqar Nadirov

"Moldova ilə oyunda millimizdən qələbə gözləyirəm" - Vüqar Nadirov
"Belarusla oyunda yığmamız xoş təsir bağışladı. Yoldaşlıq görüşü olsa da, Minskdə Belarusu məğlub etmək komandamız üçün yaxşı motivasiyadı. Əslində Türkiyəyə 1:2 hesabıyla uduzduğumuz oyunda da zəif futbol sərgiləməmişdik".
Bunu Fanat.Az-a açıqlamasında millimizin sabiq hücumçusu Vüqar Nadirov deyib.
Nadirov Canni De Byazinin yetirmələrinin Moldovanı da yenə biləcəyini açıqlayıb: "Yığmamızın müəyyən vaxtdan sonra daha yaxşı oynayacağına inanıram. Yəni bu komandanı indikindən üstün səviyyəyə də çatdırmaq olar. Hələ potensialı tam açılmamış gənc futbolçularımız var. Bir yerdə çox oynamalı, ən əsası məşqlərdə böyük həvəslə çalışmalıdılar. Moldova ilə oyunda komandamızdan qələbə gözləyirəm. Yığmamız bunu bacaracaq gücdədi. İnşallah, belə də olar". 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər