Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının (EYOF) son günündə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Azərbaycan idmançıları ilə görüşüb.
MOK-un mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, A.Əliyev idmançılara göstərdikləri əzmkarlıq və əldə etdikləri nəticə ilə əlaqədar təşəkkürünü bildirib.
Daha sonra o, medalçılara qurumun xüsusi mükafatını təqdim edib.
Azərbaycan EYOF-da 33 idmançı ilə təmsil olunub. Onlardan yalnız cüdoçular 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.
Qeyd edək ki, EYOF Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 13 - 18 yaşlı idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Sahib