Modriçin "Real"dan sonrakı klubu bilindi

Modriçin "Real"dan sonrakı klubu bilindi

"Real"ın yarımmüdafiəçisi Luka Modriçin mövsümün sonunda Madridi tərk etmək ehtimalı yüksəkdir.

Fanat.Az xəbər verir ki, komandanın start heyətində yerini itirən 38 yaşlı yarımmüdafiəçi özünə yeni klub tapıb.

"Todofichajes"-in məlumatına görə, müqaviləsinin müddəti iyunda başa çatacaq xorvatiyalıya Səudiyyə Ərəbistanından və MLS-dən real təkliflər olsa da, yarımmüdafiəçi karyerasını ABŞ-a davam etdirmək istəyir. 

Onunla "İnter Mayami" maraqlanır. Lionel Messi, Luis Suares, Serxio Buskets kimi veteran futbolçuların çıxış etdiyi Florida klubu Modriçlə danışıqları cari mövsümünün sonunda müsbət yekunlaşdıra biləcəyinə inanır. 

Luka Modriç 2012-ci ilin yayından "Real Madrid"in futbolçusudur. Yarımmüdafiəçinin transfer dəyəri 10 milyon avro qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər