Modriç tarixi rekorda imza atdı

Modriç tarixi rekorda imza atdı

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç La Liqanın 11-ci turunda baş tutan "el klasiko"da komandasının qələbə qazanmasına yardımçı olub.

Fanat.Az-ın məlumatını görə, oyuna komandası 0:1 hesabı ilə geridə olarkən qoşulan təcrübəli xorvat 90+2-ci dəqiqədə Cud Bellingemin vurduğu qələbə qolunun ötürməsini verib.

Madrid təmsilçisinin heyətində 500-cü görüşünü keçirən Luka həm də "el klasiko" tarixində meydana çıxmış ən yaşlı futbolçu ünvanına sahib çıxıb. Orta xətt oyunçusu 38 yaş 47 günlüyündə "Barselona"ya qarşı oynayaraq "Real"ın sabiq oyunçusu Pako Buyonun 1996-cı ildə qeydə alınan (38 yaş 38 gün) rekordunu yeniləyib.

Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər