Modriç onun "Qızıl top"u qazanacağına ümid edir

Modriç onun "Qızıl top"u qazanacağına ümid edir

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç "Qızıl top" mükafatı uğrunda mübarizədə favoritinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Marca" xorvat ulduzun söylədiklərini belə çatdırıb:

"Baxarıq... Əslində bir neçə real namizəd var. Benzema da onlardan biridir. Ümid edirəm ki, məhz Benzema qalib olacaq. O, yalnız bu il yox, karyerası boyunca sərgilədiyi çıxışa görə "Qızıl top"u haqq edir. Fransa millisi ilə titul da qazanıb. Bu, sıradan fakt deyil. Artıq Benzema Millətlər Liqasının qalibidir".

Daha öncə "France Football" ilin ən yaxşı futbolçusu adına 30 namizədin adını açıqlayıb.

Modriç 2018-ci ildə "Qızıl top"a sahib çıxıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər