Modriç mütləq rekordçu ünvanına sahib çıxdı

Modriç mütləq rekordçu ünvanına sahib çıxdı

"Real Madrid"in təcrübəli yarımmüdafiəçisi Luka Modriç yeni rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, məlumatı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası yayıb.

Xorvatiya millisinin üzvü "Real" tarixində Çempionlar Liqasında (ÇL) ən çox oyun keçirən futbolçu ünvanına sahib çıxıb.

Dünən "Arsenal"a qarşı Madriddə keçirdikləri oyunda (1:2) - sözügedən turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmasında oynayan Luka 134-cü dəfə "Kral klubu"nun forması ilə mötəbər yarışda mübarizə aparıb.

O, paytaxt klubunun sabiq hücumçusu Kərim Benzemanın (133) rekordunu yeniləyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər