Mönhenqladbax "Borussiya"sı "Bayern"i belə "sancdı" - FOTO

Mönhenqladbax "Borussiya"sı "Bayern"i belə "sancdı" - FOTO

Mönhenqladbax "Borussiya"sı son Bundesliqa matçında "Bayern Münhen" üzərində qazandıqları qələbədən (3:2) sonra rəqibinə sataşıb.

Fanat.Az xəbər verir ki, Mönhenqladbax  klubunun rəsmi "twitter" səhifəsində "Bayern"in İdarə Heyətinin sədri Oliver Kanın özündən çıxmış vəziyyətdə fotosu yerləşdirib. Fotoya belə məzmunda atmaca da əlavə edilib:

"Zommer aldığın halda, "Borussiya"nı uda bilməyəndə sən".

Mönhenqladbax "Borussiya"sı "Bayern"i belə "sancdı" - FOTO

Qapıçı Yan Zommer bu qış "dayçalar"ı "Bayern"ə dəyişib.

Mönhenqladbax təmsilçisi son dörd Bundesliqa oyununda "Bayern"ə uduzmur. Bu, turnirin rekord nəticəsidir. Bundesliqanın tarixində sözügedən kollektiv Münhen klubunu 28 dəfə yenib ki, bu da rekorddur. "Bayern" "Borussiya"nı son 8 ildə səfərdə cəmi 2 dəfə üstələyib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər