Misirli hücumçu İspaniya nəhənginə keçməyə yaxındır

Misirli hücumçu İspaniya nəhənginə keçməyə yaxındır

"Ayntraxt"ın mərkəz hücumçusu Omar Marmuş karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.

Xəbərə görə, 25 yaşlı forvardın xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya klubunun idarəçilərinin Marmuşa 36 yaşlı Robert Levandovskinin uzunmüddətli əvəzləyicisi gözüylə baxdıqlarını vurğulayıb. Misirlinin hücum xəttində 3 müxtəlif mövqedə oynaya bilməsinin "Barsa"nın baş məşqçisi Hans-Diter Flikin də diqqətini çəkdiyi bildirilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər