Misir baş məşqçisiz qaldı

Misir baş məşqçisiz qaldı

Misirin baş məşqçisi Karluş Keyruş Misir millisindən ayrılıb.

Fanat.Az xəbər verir ki, bu haqda o, "Twitter" səhifəsində yazıb:

"“Xəyalımız gerçəkləşmədi. Əlimizdən gələni etdik, amma bu, kifayət etmədi. Misir Futbol Federasiyasına və futbolçulara təşəkkür edirəm. Siz həmişə mənim ürəyimdə qalacaqsız”".

Misir dünən Seneqala penaltilər seriyasında (1:0, penaltilər – 3:1) uduzaraq mundiala gedə bilməyib. 

68 yaşlı Karluş Keyruş Misirdən əvvəl Kolumbiya, İran, Portuqaliya, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri milli komandalarında, həmçinin, "Real Madrid", "Sportinq" və digər klublarda çalışıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər