“Neftçi” Mirhüseyn Seyidovla yeni müqavilə bağlayıb. Fanat.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 2 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, Seyidov 2006-cı ildən “Neftçi”nin şərəfini qoruyur. 2009-cu ildən əsas komandada çıxış edən yarımmüdafiəçi 127 oyunda 5 qol vurub.
Fanat.az