"Qol.Az saytında hər zaman oxucuya doğru, operativ informasiya verməyə çalışmışıq". Fanat.az xəbər verir ki, bu sözləri 5 yaşını qeyd edən Qol.Az saytının məxsus oldugu "5 Media" şirkətinin direktoru Mirhacib Məcid deyib.
Mirhacib Məcidin sözlərinə görə, təsadüfi deyil ki, hazırki vəziyyətdə Qol.Az KİV-də ən çox istinad, etibar edilən idman portalıdı: "Mən həmişə qeyd etmişəm ki, Qol.Az-ın bu səviyyəyə çatmasında ən böyük pay sahibi bizim kollektivdi. Bu işdə, artıq müəyyən mənada öz sözlərini demiş gənc və istedadlı əməkdaşlarımız var. Məhz onların sayəsində gündəlik KİV-in böyük əksəriyyəti bizim materiallardan istinad edərək yayımlayır. Biz həmişə oxucuya dəqiq və səviyyəli xəbər verməyə çalışmışıq".
Mirhacib Məcid bildirib ki, "5 illik fəaliyyətimizə "5" qiyməti verənlərin çoxluq təşkil etməsi bizi sevindirir, işimizə stimul verir. Bundan sonra da dayanmaq fikrimiz yoxdu. Zirvədəki yerimizi qorumaq və yeni layihələr üzərində düşünürük. Oxucularımız etimadını qoruyub saxlamaq üçün xeyli sürprizlərimiz var".
Qeyd edək ki, Qol.Az saytının fəaliyyətə başlamasından 5 il ötür. Beş il əvvəl, 2008-ci il noyabrın 17-də Qol.Az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb. Qol.Az son 5 ildə Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilib. Qol.az bu il Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
trend.az