"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, rumın mütəxəssis yenidən Belçikada işləyəcək.
Belə ki, "Xəzər Lənkəran" azarkeşlərinin sevimlisi "Gent"lə anlaşıb. O, ötən gün yeni klubu ilə 1 illik rəsmi müqaviləyə imza atıb və jurnalistlərin qarşısına çıxıb.
Qeyd edək ki, Mirça Rednik 2010-2011-ci illərdə "Xəzər Lənkəran"ı çalışdırıb. Cənub klubunu ölkə kubokunun qalibi edən rumın mütəxəssis Premyer Liqada gümüş medal qazanıb. Onun yeni klubu "Gent" cari mövsümdə uğursuz çıxış edir. 9 turda 13 xal toplayan komanda 16 komanda arasında 8-ci yeri tutur.