"Xəzər Lənkəranla danışıqlar gedir. Hələlik heç bir razılıq əldə olunmayıb. Tuyqunla (Tuyqun Nadirov) mütəmadi danışıram. Amma, dediyim kimi, hələ diskussiya aparırıq". Fanat.az xəbər verir ki, bu sözləri futbol11.az saytına açıqlamasında Mirça Rednik deyib.
"Xəzər Lənkəran"ın baş məşqçi postuna namizəd olan rumın mütəxəssis ona 2 milyon avro təklif olunması ilə bağlı xəbərləri təkzib edib: "Bunlar hamısı iftiradı, yalan söhbətlərdı. Bu Rumıniya mətbuatının uydurmasıdı. 2 milyon çox böyük məbləğdi. Rumıniyadakılar xəyal qurub".
Fanat.az