"Xəzər Lənkəran"ın sabiq baş məşqçi Mirça Rednik yenidən Buxarest "Dinamo"sunu çalışdıracaq.
Fanat.Az xəbər verir ki, bu barədə Rumıiya klubunun rəsmi məlumat saytı xəbər yayıb. Müqavilənin müddəti və detalları açıqlanmayıb. 56 yaşlı məşqçi bu gün keçiriləcək mətbuat konfransında ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Rednik 2010-2011-ci illərdə "Xəzər Lənkəran"ı çalışdırıb. Komanda onun rəhbərliyi altında 2010/11 mövsümündə Premyer Liqanın gümüş medallarını və Azərbaycan Kubokunu qazanıb.
56 yaşlı mütəxəssis futbolçu karyerası ərzində - 1983-1990-cı illərdə "Dinamo"da çıxış edib. Bu müddətdə 2 dəfə Rumıniya çempionatının, 3 dəfə ölkə kubokunun qalibi olub.
Rednik baş məşqçi kimi 3 dəfə - 2006-2007, 2008-2009 və 2015-2016-cı illərdə Buxarest təmsilçisinə başçılıq edib. O, baş məşqçi kimi komandanı yalnız bir dəfə - 2006/07 mövsümündə Rumıniya kubokunun qalibi edib.
Fanat.Az