Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, məlumatı Rumıniya Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Luçeskunun millinin məşqindən öncə keçirilən toplantı zamanı ürəyində narahatlıq hiss etdiyi və təcili yardımla Buxarest Universiteti Xəstəxanasına yerləşdirildiyi açıqlanıb. 80 yaşlı mütəxəssisin bir müddət şəfa ocağında müalicə alacağı bildirilib.
Luçesku 2024-cü ilin avqustundan indiki postundadır.
Toğrul