Mirça Luçesku Ramil Şeydayevin baş məşqçisi ola bilər

Mirça Luçesku Ramil Şeydayevin baş məşqçisi ola bilər
Mirça Luçesku Moskva "Dinamo"sunun baş məşqçisi təyin oluna bilər. 
Fanat.Az xəbər verir ki, bu barədə "Sport24"ə rumın mütəxəssisin agenti Arkadi Zaporjan məlumat verib.
Menecer "Dinamo" rəsmiləri ilə danışıqlar apardıqlarını bildirib: "Hələ Luçeskuya müqavilə təklif olunmayıb. O, Moskvaya gəlməyi planlaşdırır, amma səfərin nə zaman gerçəkləşəcəyini deyə bilmərəm. Bu variant real görünür. İstərdim ki, komandaya o rəhbərlik etsin. Hələlik məsələnin nə zaman həllini tapacağını deyə bilmərəm". 
Qeyd edək ki, ötən həftəsonu Rusiya Premyer Liqasının XII turunda "Orenburq"a 0:2 hesablı səfər məğlubiyyətindən sonra "Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov istefaya göndərilib. Moskva klubunda millimizin üzvü Ramil Şeydayev çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər