Mirançuk Türkiyə klubuna keçməyə yaxındır - SON DURUM

Mirançuk Türkiyə klubuna keçməyə yaxındır - SON DURUM

Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Anton Mirançuk karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "FutsHaber" yayıb.

Xəbərə görə, orta xətt oyunçusunun xidmətində "Trabzonspor" maraqlıdır. Mənbə sözügedən klubun "dəmiryolçular"a rəsmi təklif göndərməyə hazırlaşdıqlarını vurğulayıb.

Mirançukun "Lokomotiv"lə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Cari mövsüm moskvalıların heyətində 24 matça çıxan 28 yaşlı futbolçu 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər