Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor 1/4 finalda kosovolu olimpiya mükafatçısı Patriot Behrami ilə qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bununla da Sotomayor ən azı bürünc medalını təmin edib.
O, yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormakla görüşəcək. Döyüş iyunun 28-də baş tutacaq.
Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq.
Fanat.Az