"Minsk-2019": Mariya Stadnik qızıl medal qazandı

"Minsk-2019": Mariya Stadnik qızıl medal qazandı
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik II Avropa Oyunlarının qalibi olub.
Fanat.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçisi qızıl medala sahib olub.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər