"Minsk 2019": Hacımurad Hacıyev bürünc medal qazandı

"Minsk 2019": Hacımurad Hacıyev bürünc medal qazandı
Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 74 kq çəkidə yer alan Hacıyev 3-cü yer uğrunda görüşdə ukraynalı Vasili Mixaylovu məğlub edib.
Bu, Azərbaycanın "Minsk 2019"da 13-cü medalı olub. Medallardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürüncdür.
Daha əvvəl Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Bu gün daha 3 sərbəst güləşçi bürünc medal uğrunda yarışacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər